16 dekabr 2013 17:17

Fariz Məmmədov: İdmanda gözlənilməyən, plandankənar hadisələr olur

“Hazırlığım yüksək səviyyədə keçmişdi. Demək olar ki, karyeramın ən yaxşı formasında idim. Amma idmanda gözlənilməyən, plandankənar hadisələr olur. Təəssüf ki, döyüşə iki həftə qalmış çiynimdən ağır zədə aldım. Sağ çiynimin bağları qopdu. Zədədən sonra həkimlər mənə döyüşməməyi məsləhət gördülər. Hətta buna qadağa qoydular. Amma müqavilələr bağlanmışdı, Almaniyadan promouter ölkəmizə gəlmişdi. Həm də çempionluq, kəmərə sahib olmaq həvəsim qarşısıalınmaz idi. Düşündüm ki, zədə iki həftəyə sağalar. Müxtəlif tibbi vasitələrin köməkliyi ilə zədəmin bərpa olacağını fikirləşdim. Əsasən də öz xarakterimə güvəndim. Amma bu 12 raundluq peşəkar boksdur. Zədə özünü 2-ci raunddan sonra büruzə verdi. Artıq 3-cü raundda özümü hiss etmirdim. Ağrılarım hədsiz şiddətli idi.  Ona görə də döyüşü sona çatdıra bilmədim”.
 
Bu sözləri Azərbaycanı və “Qəbələ”ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Matias Pelklə döyüşdən sonra söyləyib.  Avropa çempionluğu uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşan boksçumuz gabalafc.az-a açıqlamasında bir müddət sonra revanş döyüşünün keçirilməsinin mümkünlüyündən bəhs edib. Fariz Məmmədov döyüş zamanı ona dəstəkləyən azarkeşlərə təşəkkür etməyi də unutmayıb.
 
“Müəyyən müddət sonra Matias Pelklə revanş matçına çıxmağı planlaşdırıram. Pelk döyüşdən sonra  mənimlə Almaniyada revanşa hazır olduğunu söyləyib. Yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Yanvar ayında görüşün tarixi dəqiqləşəcək. Dekabrın sonunadək zədəmin bərpası ilə məşğul olacağam. Bərpa prosesinin ardından məşqlərə başlayacağam. Fevralın əvvəlində sınaq xarakterli reytinq döyüşünə çıxmağı planlaşdırıram. Daha sonra matç-revanşa hazırlaşacağam. Mənə dəstək verən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Söz verirəm ki, məğlubiyyətin əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm”.
 
(Klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.