16 dekabr 2013 16:22

Şamil Məmmədbəyov: Qadın boksunun inkişafı üçün Azərbaycan Boks Federasiyasına təşəkkür edirəm

Boks üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Şamil Məmmədbəyov federasiyanın rəsmi saytına bu yaxınlarda başa çatan Almatı turniri və gələcək planlar haqda danışıb. Azerisport.az xəbər verir ki, Məmmədbəyov əvvəlcə Qazaxıstanda təşkil olunmuş əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunan turnir barədə məlumat verib:
 
“Komandamızın Almatı turnirindəki çıxışını uğurlu hesab edirik. Yeddi boksçumuzdan beşi vətənə medalla döndü. Ümumkomanda hesabında isə Qazaxıstan və Rusiyadan sonra 3-cü yeri tutduq. Çin, Qırğızıstan, Tacikistan, Cənubi Koreya kimi ölkələri geridə qoya bildik. Bu yarışda gümüş medal qazanmış Yana Alekseyevanı xüsusilə qeyd etmək istərdim. Onun hər üç rəqibi güclü, təcrübəli boksçular idi. Alekseyeva final qarşılaşmasında da yaxşı təsir bağışladı. Sadəcə hakimlər qələbəni yerli idmançıya verdilər. Aynur Rzayevaya gəlincə, o, təlim-məşq toplanışlarında da özünü yaxşı tərəfdən göstərirdi. Baxmayaraq ki, 8 kq çəki atdı, amma Aynur əksər döyüşlərdə rəqibləri qüvvətli zərbələri hesabına məğlub etdi. Yeri gəlmişkən, bizə yaradılmış şəraitə görə Azərbaycan Boks Federasiyasına təşəkkür edirəm. Qadın boksunun inkişafı üçün federasiya rəhbərliyi əllərindən gələni edir. İl ərzində 12 təlim-məşq toplanışı keçdik. 6 beynəlxalq turnirdə iştirak etdik ki, bu da gənc qızların təcrübə toplaması baxımından çox vacibdir”.
 
Millimizin çalışdırıcısı 2013-cü ili qadın boksçular üçün uğurlu sayır: “Bu ilki nəticələri qənaətbəxş saymaq olar. Alina Hacıyeva gənclər arasında Avropa birinciliyində bürünc medala layiq görüldü. Əzizə Abbasova, Leyla Cavadova, Yana Alekseyeva, Anna Əlimardanova, Anaxanım Ağayevanın müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış etmələri bizi ümidləndirir. İnanırıq ki, 2014-cü ildə nəticələrimiz daha yaxşı olacaq. Həm də nəzərə almaq lazımdır ki, gələn ilin oktyabrında bizi Kanadada dünya çempionatı gözləyir. Eləcə də Çində yeniyetmələrin ikinci Olimpiya oyunları var. Avqustda keçiriləcək yeniyetmələrin Olimpiadasına Alina Hacıyeva və Məryəm İsmayılova hazırlaşacaqlar”.
 
Dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropova London Olimpiadasindan sonra heç bir turnirdə iştirak etməyib. Məmmədbəyov təcrübəli boksçunun karyerasını başa vurmadığını bildirib: “Lena bu yaxınlarda ana oldu. Vıstropovanın oğlu dünyaya gəldi. Bu səbəbdən də boksçumuz bir müddət məşq proseslərindən kənarda qalıb. Ancaq gələn ilin ortalarında Vıstropovanın məşqlərə başlaması nəzərdə tutulur. İki beynəlxalq turnirdən sonra planlaşdırırıq ki, Lena gələn dünya çempionatında da iştirak etsin. Yəqin ki, o yeni çəki dərəcəsində mübarizə aparacaq”.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.