10 dekabr 2013 15:44

Rusiya - Baku Fires: heyətlər məlumdur

“Baku Fires” boks klubu dekabrın 14-də Ümumdünya Boks Seriyasında (WSB) növbəti görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız Sankt-Peterburq şəhərində WSB liqasının 4-cü turu çərçivəsində Rusiya boksçuları ilə qarşılaşacaq.
 
Şimal qonşumuz 3 görüşdən 4 xal toplayaraq, qrupda 4-cü yeri tutur. “Baku Fires” isə 3-cü pillədədir. Rusiya komandası son turda səfərdə “Cuba Domaderos”a 0:5 hesabı ilə məğlub olub.
 
Komandaların heyətləri artıq məlumdur:
 
Rusiya - “Baku Fires”
 
52 kq. Mişa Aloyan - Rauf Ağayev
 
60 kq. Adlan Abduraşidov – Xurşid Tocibayev
 
69 kq. Aleksandr Besputin – Yevgeni Ramaşkeviç
 
81 kq. Dmitri Bivol – Mixail Dolqolevets
 
91+ kq. Sergey Kuzmin – Hacı Murtuzəliyev
 
Rusiya komandası cari mövsümdə güclü heyəti ilə seçilir. Bu dəfə rəqib komandada Aloyan və Kuzmin kimi tanınmş boksçular rinqə çıxacaq.
 
Milliyətcə yezidi kürdü olan Aloyan 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, London Olimpiadasının bürünc mükafatçısıdır, 52 kq çəki dərəcəsində Rauf Ağayev WSB liqasında debüt edəcək. Ağayev əvəllər peşəkar rinqdə bir neçə döyüş keçirib.
 
Super ağır çəki dərəcəsində mübarizə aparan Sergey Kuzmin 2010-cu ilin Avropa çempionudur. Bu il Minskdə keçirilən qitə çempionatında isə Kuzmin finalda milli komandamızın üzvü Məhəmmədrəsul Məcidova uduzmuşdu.
 
Rusiya komandasının heyətində Aleksandr Besputin də 2013-cü ilin Avropa çempionatında qızıl medal qazanıb.
 
Bu görüşdə “Baku Fires”in heyətində Ağayevdən başqa Ramaşkeviç və Dolqolevets debüt edəcəklər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.