8 dekabr 2013 00:56

Baku Fires-dən 5:0 hesablı qələbə (FOTOREPORTAJ)

“Baku Fires” klubu Ümümdünya Boks Seriyasının (WSB) 3-cü turu çərçivəsində səfərdə Polşanın “Hussars Poland” komandası ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, şərqi avropalılar buna qədər keçirdikləri hər iki görüşdə məğlub olduqlarından bu dəfə azarkeşlərini sevindirmək niyyətində idilər.
 
Ancaq komandamızın bütün boksçuları öz döyüşlərini qələbə ilə başa vurublar. Xüsusən 91 kq çəki dərəcəsində mübarizə aparan Denis Latipovun qələbəsi parlaq olub. “Baku Fires”in debütantı 1-ci raundda polşalı rəqibi Mateuş Malujdanı nokauta salıb.
 
Döyüşlərin nəticələri:
 
Hussars Poland - Baku Fires
49 kq. Arkadiuş Lubomski – Maqomed İbiyev – 45:50, 44:50, 44:50
56 kq. Marek Pieterçuk – Qairbek Qermaxanov - 47:48, 44:50, 45:50
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev - 46:49, 46:49, 46:49
75 kq. Pyotr Gredke – Jaba Xositaşvili – 45:50, 45:50, 45:50
91 kq. Mateuş Malujda – Denis Latipov - Latipov 1-ci raundda rəqibini nokauta salıb
 
Qrupun digər görüşlərində “Cuba Domaderos” doğma divarlar arasında Rusiyaya heç bir şans verməyib – 5:0. “Astana Arlans” isə “Mexico Gerreros” üzərində qələbə qazanıb – 4:1.
 
Turnir cədvəli
1. “Cuba Domaderos” – 9 (3 görüş)
2. “Astana Arlans” – 9, (3)
3. “Baku Fires” – 6, (3)
4. Rusiya – 4 (3)
5. “Mexico Guerreros” – 0 (3)
6. “Hussars Poland” – 0 (3)
 
“Baku Fires” növbəti görüşünü dekbrın 14-də Sankt-Peterburqda Rusiyaya qarşı keçirəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.