7 dekabr 2013 01:07

Fariz Məmmədov Matias Pelkə qarşı

Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubu daha bir layihə reallaşdırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, ilk dəfə olaraq doğma məkanda "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandalarını üz-üzə gətirən klub bu dəfə daha möhtəşəm boks matçına ev sahibliyi edəcək.
 
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün  Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. 12 raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq. Qarşılaşmaya qədər açıq məşqin, boksçuların iştirakı ilə mətbuat konfransının və çəkiölçmə mərasiminin keçirilməsi planlaşdırılır.
 
Açıq məşq
Açıq məşq dekabrın 9-da Bakıda “Park Bulvar” Əyləncə və İstirahət Mərkəzində keçiriləcək. Məşq saat 19:00-da start götürəcək.
 
Mətbuat konfransı
Fariz Məmmədov və Matias Pelkin iştirakı ilə baş tutacaq mətbuat konfransı Bakıda “Qafqaz Point” Otelində təşkil olunacaq. Konfrans dekabrın 10-da saat 12:00-da başlayacaq.
 
Çəkiölçmə
Çəkiölçmə mərasimi Qəbələdə “Qafqaz Sport” otelində baş tutacaq. Dekabrın 13-ü keçirilməsi planlaşdırılan tədbir saat 12:00-da start götürəcək.
 
Döyüş
Matç dekabrın 14-də, saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq. Qarşılaşma “Eurosport” və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.