22 noyabr 2013 18:00

Rizvan Gənciyev: Bu, bölgələrdə boksun inkişafı üçün atılmış addımdı (FOTOREPORTAJ)

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turunun Baku Fires (Azərbaycan) və Mexico Guerreros (Meksika) komandaları arasında keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az mərasimdən məlumatlı və boksçuların çəki mərasimindən fotoreportajını dıqqətinizə çatdırır.
 
Əvvəlcə boksçuların çəki mərasimi olub. WSB rəhbəri Rey Silvas bildirib ki, sabah çox maraqlı 5 döyüş keçiriləcək. O, döyüşlərin reytinq xarakterli olacağını deyərək, bunun 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadası baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev bu dəfə paytaxta deyil, əyalətə üstünlük vermələrinin səbəbini açıqlayıb:
“Bu mövsüm qrup mərhələsindəki görüşlərimizi Qubada keçirəcəyik. Burada Olimpiya Kompleksinin rəhbərliyi bizə hər bir şərait yaradıb. Hava şəraiti əladır, gözəl zal var. İnanıram ki, sabah qubalılar Olimpiya Kompleksini tam dolduracaqlar. Bu cür görüşlər bölgələrdə boksun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”.
 
Baş menecer komandamızın çətin qrupda güclü rəqiblərlə mübarizə aparacağını vurğulayıb: “Ötən ay keçirilmiş dünya çempionatında ümumkomanda hesabında ilk yerləri tutan ölkələr bizimlə bir qrupdadır. Əlbəttə, bizi ağır döyüşlər gözləyir. Meksikalılar 1-ci turda doğma divarlar arasında Kubaya 0:5 hesabı ilə uduzsalar da, onları zəif saymaq olmaz. Meksika komandası ötən mövsüm yarımfinala kimi irəliləmişdi. Hər qrupdan 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Amma çalışmalıyıq ki, qrupda ilk 2 yerdən birini tutaq ki, növbəti mərhələdə nisbətən zəif rəqiblə qarşılaşaq”.
 
Qonaq komandanın baş məşqçisi Fransisko Bonilla qrupdakı rəqiblərin əksəriyyətinin coğrafi baxımdan uzaqda yerləşməsini çətinlik saysa da, buna hazır olduqlarını deyib: “Boksçularımız buna hazırdırlar. Onlar bu döyüşə yaxşı hazırlaşıblar”.
 
Qeyd edək ki, son anda Meksika komandasının heyətində 52 və 60 kq çəki dərəcələrində dəyişiklik edilib. 52 kq çəki dərəcəsində Orlando Huitzil, 56-da isə Luis Daniel Flores Norberto rinqə çıxacaq.
 
“Baku Fires” klubunun 60 kq çəki dərəcəsindəki təmsilçisi Albert Səlimov bundan sonra Azərbaycan milli komandasının heyətində çıxış edəcək. Səlimov 2012-ci ildə Rusiya yığmasının şərəfini qoruduğundan, yalnız 2015-ci ildən rəsmi yarışlarda seçməmizə kömək edə bilər. Xatırladaq ki, “Baku Fires” - “Mexico Guerreros” matçı 23 noyabr tarixində saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.
 
Komandaların heyətləri:
“Baku Fires” - “Mexico Guerreros”
 
52 kq. Məhəmməd Əbdülhəmidov - Orlando Huitzil  
60 kq. Albert Səlimov - Luis Daniel Flores Norberto
69 kq. Məhəmməd Nuruddinov - Karl Hield  
81kq. Ramazan Məhəmmədov - Boburbek Yuldaşev
+91 kq. Aslanbek Mahmudov - Renat Rəhimov

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.