18 noyabr 2013 19:11

Baku Fires - Mexico Guerreros: heyətlər məlumdur

Dekabrın 23-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turunun matçı keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Baku Fires”klubu cari mövsümdə ilk “ev” qarşılaşmasında Meksika komandasını qəbul edəcək.
 
Hər iki komanda yeni mövsümə məğlubiyyətlə başladığından bu görüş prinsipial əhəmiyyət kəsb edir. Qeyd edək ki, “Mexico Guerreros” ilk turda doğma divarlar arsında Kuba komandasına 0:5 hesabı ilə uduzub.
 
Komandaların heyətləri:
Baku Fires - Mexico Guerreros 
 
52 kq. Məhəmməd Əbdülhəmidov - Jantoni Ortiz Markano 

60 kq. Albert Səlimov - Fernando Alvarez 

69 kq. Məhəmməd Nuruddinov - Karl Held 

81 kq. Ramazan Məhəmmədov - Boburbek Yuldaşev 

+91 kq. Arslanbek Mahmudov - Renat Rahimov 

Bu matçda “Mexico Guerreros” klubunun heyətində WSB liqasında 4 boksçu debüt edəcək. Onlardan ikisi - Boburbek Yuldaşev və Renat Rahimov özbəkistanlıdır. Ötən ildən komandada olan Fernando Alvarez isə artıq bir dəfə Albert Səlimovla döyüşüb və məğlub olub. 
 
Dünya və Avropa çempionu Səlimov “Baku Fires” klubunun heyətində 5-ci döyüşünə çıxacaq. O, bu görüşlərdən dördündə qalib gəlib. Komandamızda isə bu dəfə Arslanbek Mahmudov debüt edəcək. 24 yaşlı boksçu 2010/2011 və 2011/2012-ci illər mövsümündə Rusiya komandasının şərəfini qoruyub. Mahmudov 2010-cu ildə tələbələr arasında dünya çempionu olub. 

İlk turda B qrupunda keçirlmiş görüşlərin nəticələri: 
 
“Astana Arlans” - “Baku Fires” 4:1
 
Rusiya - “Poland Hussars” 5:0  
 
“Mexico Guerreros” - Kuba 0:5

Bu həftə “B” qrupunda daha 2 görüş olacaq. “Poland Hussars”  “Cuba Domadores”i qəbul edəcək. “Astana Arlans” isə Sankt-Peterburqda Rusiyanın qonağı olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.