14 noyabr 2013 16:25

“Baku Fires” ilk döyüşə hazırdı

“Baku Fires” boks klubu Ümümdünya Boks Seriyasında (WSB) bu mövsüm ilk görüşünü noyabrın 15-də səfərdə “Astana Arlans”a qarşı keçirəcək. Azerisport.az xəbər verir ki, bu gün bununla bağlı, hər iki klubun boksçularının və rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib.
 
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev “Astana Arlans”ın liqanın son qalibi olmasını xatırladaraq, rəqibin yetərincə güclü olduğunu deyib: “Qazaxıstan milli komandası bu yaxınlarda keçirilən dünya çempionatında 1-ci oldu. Boks Qazaxıstanda günü-gündən inkişaf edir. Amma biz də bu görüşə ciddi hazırlaşmışıq. İnanıram ki, sabahkı döyüş kifayət qədər maraqlı alınacaq”.
 
Gənciyev komandanın mövsümə hazırlığı barədə də danışıb: “Biz 3 təlim-məşq toplanışı keçdik ki, bunlardan da biri orta dağlıq şəraitində olan Dombay şəhərində oldu. Bundan başqa artıq biz daimi hazırlıq keçdiyimiz yeri də dəyişmişik. Bakıdan 140 km uzaqda yerləşən Quba Olimpiya Kompleksində məşq edirik. Rəqiblərimizi də məhz orada qəbul etmək niyyətindəyik”.
 
“Baku Fires”in baş meneceri son dünya çempionatının iştirakçılarından kimlərin heyətə daxil edilməsinə də aydınlıq gətitib: “Soltan Migitinov artıq bizimlə birgə məşq edir. Məhəmmədrəsul Məcidov isə yanvarda bizə qoşulacaq. Məcidova dünya çempionatından sonra istirahət etmək lazımdır”.
 
“Astana Arlans”ın baş meneceri Bolat Mankenov da “Baku Fires”lə görüşün asan keçməyəcəyini deyib: “Komandamızda xeyli dəyişiklik olub. Bu da çəki dərəcələrinin sayının artırılması ilə bağlıdır. Bir tərəfdən boksçulara daha asan olacaq. Onların hazırlığa və bərpa prossesinə vaxtı çox olacaq. Ancaq məşqçilərin işi əvvəlkinə nisbətən çətinləşəcək. Lakin bütün komandaların vəziyyəti eynidir”. 
 
Xatıralaq ki, “Astana Arlans” – “Baku Fires” matçı noyabrın 15-də Bakı vaxtı ilə saat 18-də başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. 

49 kq: Ənvər Muzaparov – Xamza Nametov 
56 kq: Bağdat Alimbekov – Maqomed Qurbanov 
64 kq: Asxat Ualixanov – Osman Əliyev 
75 kq: Sergey Derevyançenko – Nikolay Veselov 
91 kq: Vasili Levit – Abdulqadir Abdullayev

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.