13 noyabr 2013 00:26

"O, bizə hələ çox lazım olacaq"

“Baku Fires” boks klubu WSB liqasında yeni mövsümün astanasındadı. Azerisport.az xəbər verir ki, komandamız liqada ilk görüşünü noyabrın 15-də səfərdə “Astana Arlans” klubuna qarşı keçirəcək.
 
Hazırda Quba Olimpiya Kompleksində hazırlığı davam etdirən komandamızın baş məşqçisi Nuripaşa Talibov “Baku Fires”in planlarından danışıb.
 
- “Baku Fires” 2013/14 mövsümündə ilk görüşünə hazırlaşır. Komandamızın rəqibi liqanın son qalibi “Astana Arlans” klubudu. Komanda bu döyüşə və ümumiyyətlə, çempionata nə dərəcədə hazırdı?
- Komandamız yaxşı hazırlıq keçib. Təlim-məşq prossesini 3 hissəyə bölmüşdük. Əvvəlcə Kaspiysk şəhərində toplanışımız oldu. Sonra dəniz səviyyəsindən təxminən 4 min metr yüksəklikdə yerləşən Dombay şəhərində fiziki hazırlığın artırılmasına hesablanmış  toplanış keçdik. Üçüncü mərhələdə isə Kislavodskda 2 həftə intensiv məşqlərimiz oldu. Belə hesab edirəm ki, yeni mövsümə yaxşı hazırlaşmışıq. Heyətə yeni cəlb olunan boksçular da var. Bu il qrupumuzda çox güclü komandalar mübarizə aparacaq. “Astana Arlans” liqanın son çempionudu. Rusiya Ümumdünya Boks Seriyasında 1-ci nömrələrlə təmsil olunmaq istəyir. Kubadan geniş danışmağa ehtiyac yoxdu. Bu ölkənin boksçularının səviyyəsini, gücünü hər kəs yaxşı bilir. “Mexico Guerreros”da əvvəlki çempionatlarda sübut edib ki, yüksək yerlər uğrunda yarışacaq. Əslində güclü rəqiblərlə qarşılaşmağımız yaxşı olacaq. Boksçular da bu görüşləri səbirsizliklə gözləyirlər. 
 
- Heyətə diqqət yetirdikdə yalnız 49 kq çəki dərəcəsində 2 boksçunun olduğunu görürük. Digər çəkilərdə isə 3-4 idmançı var. Bu nə ilə əlaqədardı?
- 49 kq çəki dərəcəsinə Rusiyadan 2 boksçu dəvət etmişik. Maqomed İbiyev və Xəmzə Nametov yetərincə tanınmış boksçulardı. Nametov uzun illər Rusiya millisində David Ayrapetyandan sonra 2-ci nömrə olub. Rusiya çempionatlarında mükafata layiq yerlər tutub. Bu da onun ustalıq səviyyəsindən xəbər verir. Hər iki boksçuya inanıram. 49 kq çəki dərəcəsində mövsümün sonuna kimi cəmi 5 döyüşümüz var. Yəni bu boksçuların hərəsinə iki görüş düşür. Bu da elə də çox deyil. Ehtiyac yaranarsa, Aleksandr Kuznetsov bizim diqqətimizdədr. Onu heyətə cəlb edə bilərik. 
 
- Bir neçə ildi ki, komanda qarşısına ciddi məqsədlər qoysa da, hələ ki, finala vəsiqə qazana bilməyib. Bu il necə, hədəflər dəyişməyib ki?
- Əlbəttə,  qarşımıza ən yüksək məqsədlər qoymuşuq. Təbii ki, qrupumuzda da güclü komandalar cəmləşib. İlk məqsədimiz pley-off mərhələsinə vəsiqə qazanmaq olacaq. Federasiya  və “Baku Fires” klubunun rəhbərliyi bizim üçün hər bir şərait yaradıb. Çalışacağıq ki, onların etimadını doğruldaq. 
 
- Bu il komanda məşqlərini Quba Olimpiya Kompleksində keçir. Eləcə də ilk “ev” matçı da məhz orada baş tutacaq. Bu nə ilə bağlıdı? Niyə birdən-birə paytaxtdan imtina etdiniz?
- Yeri gəlmişkən, fürsətdən istifadə edib “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə təşəkkür edirəm. Onlar bir neçə il bizim uçün orada hər bir şərait yaratdılar. Yəni bu dəfə Qubanı seçməyimiz heç də “Sərhədçi”dən narazı qalmağımızla bağlı deyil. Sadəcə, bir qədər dəyişiklik etmək istədik. Qubada hava şəraiti əladı. İqlim fərqlidi. Sakit yerdi, təbiətin qoynunda idmançıların məşq etməsi üçün hər cür şərait var. Biz noyabrın 23-də Quba Olimpiya Kompleksində Meksika komandası ilə qarşılaşacağıq. Bütün boks həvəskarlarını, Quba sakinlərini həmin matça baxmağa dəvət edirəm. İnanıram ki, tribunalarda boş yer qalmayacaq və qubalılar sonadək bizə dəstək olacaqlar. 
 
- Bu il heyətə Salman İbrahimov, Nurlan Qasımlı kimi gənclər də cəlb olunub. Onlar komandada çıxış edə biləcəklər, yoxsa sırf təcrübə toplamaq baxımından “Baku Fires”in düşərgəsindədilər?
- Həm Salman, həm də Nurlan gənc idmançılardı. Perespektivləri var. Biz də bacardığımız qədər bu boksçuların ustalıq səviyyəsinin artmasına kömək edirik. Amma açıq danışsaq, onların hər hansı döyüşdə rinqə çıxmaları çətin olacaq. İbrahimovun çəkisində (64 kq) Osman Əliyev yenidən komandaya dəvət olunub. Ötən mövsüm bir neçə döyüşdə rinqə çıxmış Məhəmmədəli Ukayev də var. Çox güman ki, təcrübəli Heybətulla Hacəliyev də bizə qoşulacaq. Təssüff ki, Elvin Məmişzadə bu il bizə kömək edə bilməyəcək. 52 kq çəki dərəcəsində ona böyük ümidlər bəsləyirdik. Həmin çəkinin əsas boksçusu gözü ilə baxırdıq Məmişzadəyə. Onun adını sifariş ərizəsinə də salmışdıq. Ancaq Elvin nədənsə WSB liqasında döyüşmək istəmədiyini bildirdi, onun qərarına hörmətlə yanaşırıq. 
 
- Bir ay bundan öncə Məhəmmədrəsul Məcidov Almatıda 2 qat dünya çempionu oldu.  Ağır mövsüm keçirən Məcidovu nə vaxt “Baku Fires”in heyətində görə bilərik?
- Məcidov üçün bu il çox parlaq oldu. O, əvvəlcə Avropa çempionu tituluna yiyələndi. Bir müddət əvvəl isə dünya çempionatında bütün rəqibləri üzərində qələbə qazandı. Məhəmmədrəsul öz üzərində işləyən, əldə olunmuş nailiyyətlərlə kifayətlənməyən boksçudu. O, bu yaxınlarda komandaya qoşulub, məşqlərə başlayacaq. Ancaq  tələsmək istəməzdim. Məcidov qarşıdakı vacib görüşlərdə hələ bizə çox lazım olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.