12 noyabr 2013 16:54

Daha iki boksçumuz 1/4 finala vəsiqə qazandı

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, noyabrın 11-də axşam proqramında milli komandamızın daha 3 üzvü rinqə çıxıb.
 
46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov ilk görüşdə İngiltərə idmançısı Konnor Batleri məğlub edib – 2:1. Boksçumuz 1/4 finalda Ermənistan nümayəndəsi Sergey Getevonyanla qarşılaşacaq. 
 
Tayfur Əliyev də (52 kq)  ilk görüşünü qələbə ilə başa vurub. Həmyerlimiz rumıniyalı Marian Ruta üzərində çətin qələbə qazanıb – 2:1. Əliyev 1/4 finalda macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək. 
İsmayıl Hüseynov isə (63 kq) İrlandiya təmsilçisi Cohn Coyza uduzaraq, yarışla vidalaşmalı olub.
 
Qeyd edək ki, noyabrın 16-dək davam edəcək yarışda millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Hüseyn Bağırov və Təvəkkül Məmmədovun rəhbərliyi altında çıxış edir. Avropa birinciliyində 13 yeniyetmə boksçumuz gücünü sınayır. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.