8 noyabr 2013 12:10

Astana Arlans – Baku Fires: heyətlər məlumdu

Noyabrın 15-də “Baku Fires” klubu Ümumdünya Boks Seriyasının 2013/1014-cü illər mövsümündə ilk döyüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız Almatıda Qazaxıstanın “Astana Arlans” klubu ilə qarşılaşacaq.
 
Qeyd edək ki, “Astana Arlans” WSB liqasının son mövsümünün qalibidir. Bu döyüşdə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular çıxış edəcək. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Xamza Nametov liqada ilk görüşünü keçirəcək. 20 yaşlı boksçu Rusiyada öz çəki dərəcəsində ən perespektivli idmançılardan sayılır. O, dəfələrlə Rusiya çempionatında mükafata layiq yerlər tututb. Nametovun rəqibi Ənvər Muzaparov olacaq. Rəqib komandanın heyətində ən tanınmış boksçu heç şübhəsiz ki, ukraynalı Sergey Derevyançenkodur. Məğlubedilməz Derevyançenkonun qarşısını Mixail Veselov almağa çalışacaq. Qazaxıstanlı Vasili Levitlə Abdulqadir Abdullayevin də döyüşü maraqla gözlənilir.  
 
Xatırladaq ki, komandamız B qrupunda “Astana Arlans”, “Cuba Domadores”, “Hussars Poland”, “Mexico Guerreros” və Rusiya ilə mübarizə aparır. 
 
Komandaların heyətləri artıq məlumdu:
 
Astana Arlans – Baku Fires 
49 kq. Ənvər Muzaparov  – Xamza Nametov 
56 kq.  Bağdat Alimbekov – Maqomed Qurbanov 
64 kq. Aşxat Ualikxanov  – Osman Əliyev 
75 kq. Sergey Derevyançenko – Mixail Veselov 
91 kq. Vasili Levit  – Abdulqadir Abdullayev 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.