7 noyabr 2013 17:16

Baku Firesin heyəti açıqlandı

Ümümdünya Boks Seriyasında (WSB) yeni mövsümə hazırlaşan “Baku Fires” klubunun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, bu dəfə liqada boksçular 10 çəki dərəcəsi üzrə mübarizə aparacaqlarından komandaya 36 idmançı cəlb olunub.
 
Ötən mövsüm “Baku Fires”in şərəfini qoruyan dünya və Avropa çempionu Albert Səlimov yeni çempionatda da gücünü sınayacaq. Sadəcə bu dəfə Səlimov Azərbaycan idmançısı kimi qeydiyyatdan keçib. Mixail Veselov da WSB liqasında Azərbaycan boksçusu kimi döyüşəcək. İki qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, Avropa çempionatlarının medalçısı Elvin Məmişzadə kimi təcrübəli boksçularla yanaşı, gənclər  Salman İbrahimovla (64 kq),  Nurlan Qasımlı da (52 kq) heyətə daxil ediliblər.
 
Heyətdə daha bir diqqəti cəlb edən idmançı Rauf Ağayevdir. Peşəkar boks yarışlarında bir neçə döyüş keçirmiş Ağayevin WSB liqasında debütü maraqla gözlənilir.   
 
Qazaxıstanda keçirilən dünya çempionatının iştirakçısı Soltan Migitinov (75 kq) yenidən “Baku Fires”ə qayıdıb.
 
Qeyd edək ki, “Baku Fires” yeni mövsümdə ilk görüşünü noyabrın 15-də Almatıda “Astana Arlans”a qarşı keçirəcək. Komandamız 2-ci turda Quba Olimpiya Kompleksində “Mexico Guerreros”u qəbul edəcək.
 
49 kq:
Məgəmməd İbiyev, Xamza Nametov
 
52 kq:
Məhəmməd Abdulhəmidov, Elvin Məmişzadə, Rauf Ağayev, Nurlan Qasımlı, Murad Rabadanov
 
56 kq:  
Orzubek Şaimov (Özbəkistan), Məhəmməd Qurbanov, Qairbek Qermaxanov, Giorgi Qoqatişvili (Gürcüstan)
 
60 kq:  
Xurşid Tocibayev (Özbəkistan), Məhəmmədrəşid Cəbrayılov, Albert Səlimov
 
64 kq:
Məhəmmədəli Ukayev, Osman Əliyev, Salman İbrahimov
 
69 kq:  
Abdulcabbar Həsənov, Kamil Əhmədov, Məhəmməd Nuruddinov, Yevgeni Romaşkeviç (Belarus)
 
75 kq:  
Jaba Xositaşvili (Gürcüstan), Soltan Migitinov, Xaybulla Musalov, Mixail Veselov.
 
81 kq:  
Batraz Qutsiyev, Samir Maqomedov, Ramazan Məhəmmədov, Mixail Dolqololevets (Belarus).
 
91 kq:  
Denis Latipov, Vladimir Keleş (Moldova), Abdulqadir Abdullayev.
 
91+kq:  
Məhəmmədrəsul Məcidov, Hacı Murtuzəliyev, Üzeypat İsmayılov, Arslanbek Mahmudov. 

 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.