5 noyabr 2013 12:30
AİBA-nın rəsmi saytı: Məcidov bomba kimi partladı
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) rəsmi saytında milli komandamızın lideri Məhəmmədrəsul Məcidovun (+91 kq) şəninə tərif yağdırıb. Azerisport.az xəbər verir ki, AİBA-nın yazarları titullu idmançımızın Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında çıxışını özəl qeyd ediblər. Sitat:
“Məcidov mundialda qalib gələrək, ideal formada olduğunu bir daha nümayiş etdirdi. Baxmayaraq ki, finalda o, yerli boksçu İvan Dıçkoya ilk 2 hissədə uduzurdu. Amma 3-cü raundda Məhəmmədrəsul bomba kimi partladı.
Öncə noqdaun, sonra sağ yumruğu ilə rəqibə güclü zərbə endirib, onu nokauta saldı. Təbii, yerli tamaşaçılar bundan məyus oldular. Amma Azərbaycan milli komandasının üzvü əsl idmançı keyfiyyəti göstərərək, Dıçkonu rinqdə öz küncünə keçməsinə kömək etdi”.
