5 noyabr 2013 12:12
2 boksçumuz reytinqdə üst sıralardadır
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünyanın ən güclü rinq ustalarının yeni siyahısını elan edib. Azerisport.az xəbər verir ki, sıralamada milli komandamızın 2 aparıcı üzvü - Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) da adı var. Adı son çəkilən idmançımız öz çəki dərəcəsində hamıdan öndədir.
Son dünya çempionatının bürünc mükafatçısı isə, ötən ayla müqayisədə, bir pillə geriləyib. Buna səbəb, Almatıda keçirilmiş planetin ən güclülərinin yarışında Teymur Məmmədovun italiyalı boksçu Klemente Russodan əvəz çıxa bilməməsidir. London-2012-də yarımfinalda bu idmançıya uduzan həmyerlimiz, eyni mərhələdə Qazaxıstanda da məğlub olub.
56-kqda dünya çempionatının baş mükafatına sahib çıxmış Cavid Çələbiyevin reytinqi aşağı olduğundan, o, hələ ilk «üçlüy»ə düşə bilməyib. Təəssüf ki, digər boksçularımızdan ilk üçlüyə heç kim daxil olmayıb.
Aparıcı boks ölkələrindən sayıdan Rusiya geriləməkdə davam edir. Şimallıların ötən ay reytinqdə 1-ci yerdə bir idmançısı vardısa, mundialda zəif çıxışları sıralamaya təsirsini göstərib.
Kubada da vəziyyət o qədər yaxşı deyil - yalnız 2 boksçu öndədir. Əvəzində Qazaxıstan sıçrayış edib. Bu, ölkənin 4 rinq ustası (49, 69, 75 və 81) dünya sıralamasına birincidir. Kuba millisi 2, Uels, Monqolustan, İtaliya 1 çəkidə liderdir.
