29 oktyabr 2013 00:17

“Azərbaycana ikiqat dünya çempionu kimi qayıtdığım üçün xoşbəxtəm”

Boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov azerisport.az saytına müsahibəsində Qazaxıstandakı yarışla bağlı danışıb və qarşıdakı hədəflərini açıqlayıb.
 
- Qələbə münasibətiylə təbrik edirik. Özünüzü necə hiss edirsiniz?
- Dünya çempionatında gərgin görüşlər keçirdim. Bir qədər yorğunluq var. Amma fəxrü kürsüyə qalxanda hər şeyi unutdum. Çox xoşbəxtəm və sevinc içindəyəm. Qazaxıstana gedəndə arzulayırdım ki, titulumu qoruya bilim. İstəyimə nail oldum. Çox əziyyət çəkmişdim, sevinirəm ki, bəhrəsini gördüm.
 
- Azərbaycan boksunda ikiqat dünya çempionu yox idi...
- Bunu yarışdan əvvəl bilirdim. İndi ikiqat dünya çempionuyam və özümü çox yaxşı hiss edirəm. Bilirəm ki, hər qələbənin sonu var. Müəyyən vaxtdan sonra yenidən titulumu qorumağa çalışacam. Daim zirvədə qalmaq istəyirəm.
 
- Dünya çempionatı dəbilqəsiz keçirildi. Bu sizə problem yaratmadı?
- Əslində dəbilqəsiz daha rahat idi. Bəlkə peşəkar boksa olan həvəsdən irəli gəlir. Həm də "Baku Fires" də çıxışımla yaxşı təcrübə qazanmışdım. Özümü rinqdə çox rahat hiss edirdim. Rəqiblərim barədə bunu deyə bilmərəm. Dəbilqəsiz boksda zərbələr daha güclü təsir edir. Rəqibin zərbəsi dəqiq olanda özünü toplamağa bir qədər vaxt lazım olur. Ona görə rəqiblərimin bəxti gətirməyib.
 
- Ən çətin görüşünüz hansı oldu?
- Həmişə son görüş yadda qalır. Finalda hesabda geri olduğumu bilmirdim. Nokaut barədə də düşünmürdüm. Sadəcə, zərbəm onu yaxşı tutdu və o noqdauna düşdü. Ona rəhm etmək fikrim yox idi. İstəyirdim çempion olum. İkinci zərbədən sonra nokauta düşdü.
 
- Növbəti hədəfləriniz nə olacaq?
- Sağlamlığımda problem olmasa, daim qızıl medal uğrunda çalışacam. Çox istəyirəm ki, 2014-cü ildə də əsas yarışlarda qələbə qazanım. 2015-ci ildə Bakıda Avropa Oyunları olacaq. Orada da qızıl medal qazanmaq istəyirəm. Ən böyük arzum əlbəttə Yay Olimpiya Oyunlarıyla bağlıdı. Sadəcə indi bu barədə danışmaq tezdi.
 
- Növbəti dünya çempionatında sizə daha çox diqqət olacaq...
- Qismət olsa, üçüncü dəfə dünya çempionu olmaq pis olmazdı. Həyatda insan qələbələrin sayının çox olmasını arzulayır. Çox istəyirəm qalib gəlim. Hər qələbənin öz yeri var.
 
- Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiz?
- Bütün xalqı təbrik edirəm. Komandamızım çıxışı çox yaxşı alındı. 2 qızıl və 1 bürünc medal bizi komanda hesabında 3-cü yerə yüksəltdi. Bütün dünyada boks dayanmadan inkişaf edir. O mənada bu nəticə böyük uğur kimi qiymətləndirilməlidi. Cavid finalda rus idmançısı üzərində parlaq qələbə qazandı. Digər boksçularımız da mübarizəsiz təslim olmadılar. Nəticələrimiz sübut etdi ki, boks Azərbaycanda inkişaf edir. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.