28 oktyabr 2013 00:27

Cavid Çələbiyev: Qızıl medal qazanacağıma inamım çox az idi

Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında qızıl medal qazanan Cavid Çələbiyev azerisport.az saytına müsahibəsində yarış haqda danışıb və qələbə təəssüratlarını bildirib.
 
- Bu yarışa qədər adınız favoritlər arasında çəkilmirdi...
- Düz deyirsiz. Karyeramda ilk dəfə böyüklər arasında dünya çempionatında çıxış edirdim. Hardasa mənim üçün çətin idi. Gərgin məşqlərdən sonra getdik Qazaxıstana. İlk görüşdən güclü rəqabət hiss etdim. Amma həyəcanlanmadım. Ümid edirdim ki, dünya çempionu ola bilərəm. Məşqçilər korpusu Vladimir Zolotaryov və Nəriman Abdullayev hər zaman bizi ruhlandırırdı. Hər görüşə qələbə üçün çıxırdım. Finala çatanda artıq qızıl medal barədə düşünməyə başladım.
 
- Yəni əvvəldən qızıl barədə düşünməmişdiz?
- Arzulayırdım ki, mükafatçılar sırasına düşüm. Dünya çempionatında medal qazanmaq böyük nəticədi. Çox çətin yarışdı. Hiss edirdim ki, mükafatçılar sırasına düşməyə gücüm var. Qızıl medal qazanacağıma inamım az idi.
 
- Onda final ərəfəsində hansı hissləri keçirirdiz?
- Finalda məğlub olmaq istəmirdim. Çünki, bu, çox pis təsir edə bilərdi. Güclü rəqib olduğu üçün daha ciddi hazırlaşmışdım. Raundlar zamanı çalışırdım, ona daha çox dəqiq zərbə vurum. Dəbilqəsiz olduğu üçün hər zərbə təsirli olur. Fikrimcə, final üçün dəqiq taktika seçmişdim. Qızıl medal qazandığıma görə çox sevinirəm. Sübut etdim ki, dünya çempionu ola bilərəm.
 
- Bundan sonra hansı məqsədləriniz var?
- Karyeramda ən böyük nəticəni qazandım. Demək olar ki, mənim üçün boks indidən başlayır. Növbəti il yenə mötəbər yarışlarımız var. Hər birində qələbə qazanmaq istəyirəm. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında da iştirak etmək fikrim var. Yığmadakı yerimi qazandığım nəticələrlə qorumaq istəyirəm.
 
- Azərbaycan boks tarixində 3-cü dünya çempionu oldun. Çempion olmaq adama necə hisslər yaşadır?
- Sözlə demək çətindi. Hər görüş əvvəlkindən daha çətin olurdu. Hərdən qorxursan ki, uduzarsan və hər şey bitər. Boksda uduzmaqla turnirdə iştirakını dayandırırsan. Çox çətin sistemdi. Çempion olmaq şərəflidi. Vətənə qələbəylə qayıtmaq hər bir idmançı üçün şərəfdi.
 
- Uğurun davamı olacaq?
- İnşallah, bundan sonra məşqlərdə daha səylə işləyəcəm. Zirvəyə çıxmaq çətindi, orada dayanmaq ondan da çətindi. Bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür etmək istəyirəm. Bu şəraitin əvəzində nəticə mütləq olmalıdı. Azərbaycan xalqını təbrik edirəm. Fikrimcə, 3 medal böyük uğurdu.
 
- Komanda yoldaşın Teymur Məmmədov yarımfinalda mübarizəni dayandırdı. Niyə onda finala çıxmaq alınmadı?
- Ola bilsin, bəxti gətirmədi. Əsas odu ki, Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutdu. Bu, ölkə boksu üçün böyük nəticədi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.