28 oktyabr 2013 00:12
Teymur Məmmədov: Düzgün taktika seçməmişdim
Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatının bürünc mükafatçısı Teymur Məmmədov yarımfinaldakı məğlubiyyətin səbəbləri barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Yaxşı başlamışdım, amma finala çıxa bilmədim. Hakimlər bir qədər obyektiv qərar qəbul etmədilər. London olimpiadasında olduğu kimi, burada da haqsızlıqla üzləşdim. Digər tərəfdən yarımfinal görüşünə düzgün taktika seçməmişdim. İndi olsaydı, o rəqibə qarşı başqa cür çıxış edərdim. Həvəsdən düşmürəm, qarşıda mənim çox yarışım olacaq. Ona görə daha yaxşı hazırlaşaraq yenə qızıl medal uğrunda yarışacam”.
