27 oktyabr 2013 18:56
Nəriman Abdullayev: Biz 1 qızıl olacağını gözləyirdik, amma 2 qızıl daha yaxşı nəticə oldu
Boks üzrə Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev Qazaxıstanda keçirilən dünya çempionatındakı nəticə barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Yığmanın son hazırlıqları yüksək səviyyədə keçmişdi. Ona görə biz yüksək nəticə gözləməyə haqqımız var idi. Biz fikirləşirdik 1 qızıl medal olsun. Amma 2 qızıl medal daha yaxşı nəticə oldu. Komanda hesabında 3-cü yeri tutmaq böyük uğurdu. Azərbaycan boks həvəskarlarını təbrik edirəm. Bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkür edirəm”.
