27 oktyabr 2013 15:03
Boksçularımız vətənə döndülər
Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanda keçirilən dünya çempionatında çıxışını başa vuraraq bu gün Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, hava limanında idmançılarımızı jurnalistlərlə yanaşı çoxlu sayda azarkeş, idmançıların qohumları qarşılayıb.
Boksçularımız aeroportdan birbaşa Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana yollanıblar.
Qeyd edək ki, komandamız bu dünya birinciliyində 2 qızıl və 1 bürünc medal qazanıblar.
