27 oktyabr 2013 13:44

Azərbaycan DÇ-də 3-cü oldu

Qazaxıstanın Almatı şəhərində keçirilmiş usta boksçular arasında dünya çempionatı başqa bir cəhətdən bizim üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, millimiz bu mötəbər yarışda ilk dəfə komanda hesabında ilk “üçlüy”ə daxil olub.
 
Seçmə rinq ustalarımız yalnız Qazaxıstan (4-2-2) və Kuba (2-2-1) yığmalarını özündən irəli buraxıblar. Millimizin aparıcı boks ölkələrində olan Rusiyanı qabaqlaması burada xüsusi diqqət çəkir.
 
Bir daha nəzərinizə çatdıraq ki, bu dünya çempionatında Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Teymur Məmmədov (91 kq) bürünc medal qazanıb.
 
Digər öyünüləsi statistik göstəriciləri yeni xatırladaq: komandamız ilk dəfə 2 qızıl mükafata sahib çıxıb. Buna qədər, 2011-ci ildə Bakıda keçirilmiş planetin ən güclülərinin mübarizəsi bizim üçün ən uğurlu sayılırdı - 1 qızıl və 1 gümüş medal.
 
Adı ikinci çəkilən boksçumuzun ikiqat dünya çempionu olması yeni tarixdir. Məcidovla Məmmədov üçün başqa bir əlamətdar hadisə, bu titullu boksçuların dünya çempionatlarında 2 dəfə, üstəlik, ardıcıl (olimpiada ilində DÇ təşkil olunmur) fərqlənmələridi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.