26 oktyabr 2013 16:29
Məhəmmədrəsul Məcidov nokautla dünya çempionu oldu
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı sona çatıb. Azerisport.az xəbər verir ki, bu gün pinqə çıxan Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışın baş mükafatına sahib çıxıb.
Yerli idmançı İvan Dıçko ilə qarşılaşan təmsilçimiz ilk 2 raundda hakimlərin qərəzli rəyi sayəsində hesabda geri olsa da, həlledici hissədə son nöqtəni qoya bilib. Ümidini döyüşü vaxtından əvvəl bitirməyə bağlayan Məhəmmədrəsul, istəyinə nail olub. Öncə rəqibini noqdauna salan Məcidov, az sonra Dıçkonu nokauta salıb.
Qeyd edək ki, bu dünya çempionatında Cavid Çələbiyev (56 kq) qızıl və Teymur Məmmədov (91 kq) bürünc medal qazanıb.
