26 oktyabr 2013 14:24
Çələbiyev dünya çempionu oldu!
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu gün günorta proqramında arenaya Cavid Çələbiyev (56 kq) çıxıb.
O, həlledici görüşdə rusiyalı Vladimir Nikitinlə qarşılaşıb. Gərgin mübarizədə rəqibini məğlub edən (29:28, 29:28, 30:27) boksçumuz dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Çələbiyev dünya çempionu adını qazanan üçüncü azərbaycanlı boksçu olub. Ondan öncə vaxtilə Ağası Məmmədov və Məhəmmədrəsul Məcidov da bu titula sahib çıxmışdı.
Qeyd edək ki, Çələbiyev dünya çempionu adını qazanan üçüncü azərbaycanlı boksçu olub. Ondan öncə vaxtilə Ağası Məmmədov və Məhəmmədrəsul Məcidov da bu titula sahib çıxmışdı.
Yeri gəlmişkən qeyd edək ki, Məcidov bu DÇ-də də çıxış edir. O, bu gün finalda yerli rinq ustası İvan Dıçko ilə qarşılaşacaq.
