27 oktyabr 2013 00:45
Kliçko qardaşları Məcidovu təbrik etdi
Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında son qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, karyerasında ikinci dəfə dünya çempionu olan Məhəmmədrəsul Məcidova qızıl medalı məşhur Vitali və Vladimir Kliçko qardaşları təqdim edib.
Peşəkar boksda bir sıra titulların sahibi olan Kliçko qardaşları Məcidovu uğurlu çıxış münasibətiylə təbrik edib, ona gələcəkdə də qələbələr arzulayıb. Onlar boksçumuzun nokautla qələbə qazandığı final görüşündə yüksək texnika göstərdiyini bildirib.
