27 oktyabr 2013 00:24
Cavid Çələbiyev: Qələbəni atama həsr edirəm
Boks üzrə dünya çempionu Cavid Çələbiyev Qazaxıstanda keçirilən dünya çempionatıyla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Çox şadam ki, dünya çempionu oldum. Sevincimi sözlə izah etmək çətindi. İnanın, Vətənə qızılla qayıtmaq arzusundaydım. Arzum həyata keçdi. Çempionatda Tuqstoqt Nyambayara qalib gələndən sonda qızıl medal qazana biləcəyimə inandım. Finalda rus idmançının olması daha ciddi hazırlaşmağıma səbəb oldu. Çünki, rus boksçuları həmişə güclü olur. Həyəcanlı olsam da, sona qədər mübarizə apararaq qələbə qazandım. Bu gün (dünən) atamın ad günüdü. O mənə həmişə dəstək olub. Qələbəni atama həsr edirəm”.