27 oktyabr 2013 00:01
Məhəmmədrəsul Məcidov: Finala qədər qələbə qazanandan sonra uduzmağa haqqım çatmırdı
Boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov Qazaxıstanda keçirilən dünya çempionatında finalda qazandığı qələbəni şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Şadam ki, qalib gəldim. Azərbaycan Boks Federasiyası bizə yüksək səviyyədə şərait yaradıb. Bu şəraitin nəticəsində medal qazanmamaq düzgün olmazdı. Rəhbərlik bizə hər cür şərait yaratdığından motivasiya yüksək olur. Finala qədər qələbə qazanandan sonra uduzmağa haqqım çatmırdı. Finalda nokaut barədə düşünmürdüm, istəyirdim sadəcə qələbə qazanım. İkinci dəfə dünya çempionu olandan sonra elə bildim ilk dəfədi. Fəxr edirəm ki, Azərbaycanda boks üzrə ilk ikiqat dünya çempionuyam”.
