25 oktyabr 2013 15:35
Teymur Məmmədov DÇ-də bürünc medal qazandı
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı başa çatmaq üzrədir. Azerisport.az xəbər verir ki, bu gün günorta proqramında rinqə daha bir təmsilçimiz çıxıb.
91 kq-da mübarizə aparan Teymur Məmmədov italiyalı Klemente Russo ilə qarşılaşıb. Gəgin rəqibətdə appeninli idmançı qalib gəlib. Titullu dəri əlcək ustamız bu yarışda bürünc medalal kifayətlənib.
Qeyd edək ki, dünya çempionatından öncə boksçu saytımıza verdiyi açıqlamasında demişdi ki, səhhətində problem var. Zədələri də tam sağalmayıb. Onun maksimum vəzifəsi bacardıqca çox irəliləmək olacaq.
Milli komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) da Appenin təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi London-2012-də hakimlər tərəfindən uduzdurulduğu Roberto Kammarelle olacaq.
