25 oktyabr 2013 20:55
Məcidov Kammarelledən əvəz çıxdı və finala yüksəldi
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı başa çatmaq üzrədir. Azerisport.az xəbər verir ki, bu gün axşam proqramında daha bir təmsilçimiz rinqə çıxıb.
+91 kq-da milli komandamızın lideri Məhəmmədrəsul Məcidov, London-2012-də hakimlər tərəfindən uduzdurulduğu Roberto Kammarelleyə qarşı döyüşüb. Gərgin mübarizədə titullu boksçumuz olimpiadadakı məğlubiyətin əvəzin çıxıb.
Görüşün gedişində, idmançımız, italiyalı rəqibinə sağ yumruğu ilə güclü zərbə endirərək, hakimləri hesab açmağa məcbur da edib. Məhəmmədrəsul Məcidov finalda yerli rinq ustası İvan Dıçko ilə qarşılaşacaq.
Bu gün daha bir idmançımız həlledici mərhləyə yüksəlib. Cavid Çələbiyev (56 kq) ev sahibi Kayrat Yaralıyevi üstələyi. Teymur Məmmədov (91 kq) isə, bürünc medal qazanıb.
