24 oktyabr 2013 17:14
Məcidov: Bu dəfə heç kimə əsas verməyəcəyəm
“Sabah keçiriləcək yarımfinal döyüşü mənim üçün xüsusi olacaq. Çünki London olimpiadasında eyni mərhələdə şakimlərin qərəzi nəticəsində məhz Roberto Kammarelleyə uduzmuşdum”. Bunu azerisport.az-a açıqlamasında milli komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) deyib.
Qazaxıstanın Almatı şəhərində təşkil olunan dünya çempionatında italiyalı rəqibindən revanş üçün alışıb-yandığını söyləyən boksçu, bu dəfə ona heç bir şans verməyəcəyini bildirib
“London oyunlarında həmin mübahisəli döyüş, bir müddət müzakirə mövzüsu oldu. Bu dəfə nə hakimə, nə də Robertoya məni üstələməyə əsas verməyəcəyəm. Allah qoysa, yaxşıca udmaq lazımdır”.
