24 oktyabr 2013 13:13
Sabah 3 boksçumuz yarımfinalda döyüşəcək
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatında sabah 12-ci günün döyüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarımfinalda 3 təmsilçimiz çıxış edəcək.
Cavid Çələbiyev (56 kq) günorta proqramında yerli idmançı Kayrat Yaralıyevlə görüşəcək. Titullu boksçumuz Teymur Məmmədov (91 kq) italiyalı Klemente Russo ilə münasibətini aydınlaşdıracaq.
Milli komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) da Appenin təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi London-2012-də hakimlər tərəfindən uduzdurulduğu Roberto Kammarelle olacaq.
