22 oktyabr 2013 16:50
İsayevlə Məcidov da 1/4 finalda
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatında 9-cu günün döyüşləri keçirilir. Azerisport.az xəbər verir ki, günorta proqramında Elvin İsayev (60 kq) «A» rinqində göy geyimdə irlandiyalı Şon Makkomba ilə görüşüb.
Gərgin mübarizədə həmyerlimiz qalib gəlib. Onun 1/4 finalda rəqibi italiyalı dünya Valentino Domeniko olacaq.
Milli komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) ABŞ boksçusu Lenroy Tomsonla qarşılaşıb. Hakimlərin yekdil qərarı bizim xeyrimizə olub.
Axşam döyüşlərində Elvin Məmişzadə (52 kq) türkmənistanlı Zərif Cumayev, Pərviz Bağırov (69 kq) italiyalı Vinçenso Manqyakapre ilə üz-üzə gələcəklər.
