23 oktyabr 2013 00:49
Məcidov: Rusiyalı rəqibimə bir dəfə qalib gəlmişəm
Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında medala əsas ümid bəslədiyimiz boksçumuzdan biri Məhəmmədrəsul Məcidovdur. 1/8 finalda titullu ABŞ idmançısı Lenroy Tomsuna mübarizdən kənarlaşdıran təmsilçimiz, növbəti görüşdə rusiyalı həmkarını üstələməlidir.
Azerisport.az saytına açıqlamasında milli komandamızın lideri deyib ki, rəqibini yaxşı tanıyır və ona da qalib gəlmək gücündədir: “Məhəmməd Ömərovu tanıyıram. London olimpiadasında onu məğlub etmişəm. Layiqli rəqibdir. Allah qoysa, yenə qalib gəlməyə çalışacağam”.
Qeyd edək ki, sözügedən döyüş bu gün axşam proqramında baş tutacaq. İdmançımız “A” rinqində qırmızı geyimdə çıxış edəcək.
