23 oktyabr 2013 00:08
Elvin İsayev: Əlimdən gələni edəcəm ki...
Qazaxıstanın Almata şəhərində keçirilən usta boksçular arasında dünya çempionatında 60 kq-da 1/4 finala vəsiqə qazanmış Elvin İsayev, bu uğurun davamını gətirəcəyini deyib. Azerisport.az xəbər verir ki, artıq 3 rəqibini məğlub edən boksçumuz irlandiyalı idmançı ilə döyüşün çətin keçdiyini bildirib:
“İrlandiyalı Şon Makkomb da yaxşı boksçudu. O, boyca məndən hündür olduğu üçün, döyüş bir qədər çətin keçdi. Amma yaxşı ki, görüşü öz xeyrimə başa vura bildim. 1/4 finalda təcrübəli italiyalı Domeniko Valentino ilə qarşılaşacam. O, hələ 2009-cu ildə dünya çempionu olub.
Düzdü, indiyə qədər Valentino ilə görüşməmişəm. Amma onun döyüş tərzini təhlil etmişəm. Bu qarşılaşmada qalib gəlsəm, medalı özümə təmin edəcəm. Ona görə əlimdən gələni edəcəm ki, Qazaxıstandan Vətənə medalla dönüm”.
