21 oktyabr 2013 16:22
Cavid Çələbiyev ilk 1/4 finalçımızdı
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, günorta proqramında Cavid Çələbiyev (56 kq) «A» rinqində qırmızı geyimdə keniyalı Benis Njangirlə görüşüb. Gərgin mübarizədə həmyerlimiz qalib gəlib.
Avropa çempionu Salman Əlizadə (49 kq) koreyalı İn Kyu Kimlə qarşılaşıb. Hakimlərin yekdil qərarı rəqibin xeyrinə olub.
Axşam döyüşlərində diqqətimiz Teymur Məmmədova (91 kq) yönələcək. O, AİBA-nı təmsil edən hindistanlı Manpret Sinqhlə üz-üzə gələcək.
