21 oktyabr 2013 10:56
Bu gün DÇ-də 3 boksçumuz rinqə çıxacaq
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün rinqə 3 idmançımız çıxacaq.
Günorta proqramında Cavid Çələbiyev (56 kq) keniyalı Benis Njangirlə görüşəcək. Avropa çempionu Salman Əlizadə (49 kq) koreyalı İn Kyu Kimlə qarşılaşacaq.
Axşam döyüşlərində diqqətimiz Teymur Məmmədova (91 kq) yönələcək. O, AİBA-nı təmsil edən hindistanlı Manpret Sinqhlə üz-üzə gələcək.
