21 oktyabr 2013 21:40
Teymur 1/4 finalda kubalı boksçu ilə qarşılaşacaq
Qazaxıstanın Almatı şəhərindəusta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.azxəbər verir ki, axşamproqramında rinqə millikomandamızın liderlərindən olan Teymur Məmmədov (91kq) çıxıb.O, AİBA-nı təmsil edən hindistanlı Manpret Sinqhlə qarşılaşıb.
Üstün döyüş nümayiş etdirəntitullu idmançımız qələbə qazanaraq, 1/4 finala çıxıb. Növbəti mərhələdətəmsilçimiz kubalı Erislandi Savonla üz-üzə gələcək.
