20 oktyabr 2013 16:17
Elvin İsayev DÇ-da erməni əsilli boksçuya qalib gəldi
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün günorta proqramında mübarizəyə çıxan Elvin İsayev (60 kq) qələbə qazanıb.
A rinqində belaruslu Vazgen Səfəryantsla görüşən həmyerlimiz, erməni əsilli rəqibinə qalib gəlib.
