19 oktyabr 2013 11:32
Avropa çempionumuz da DÇ-də mübarizəyə qoşulur
Qazaxıstanın Almatı şəhərində keçirilən usta boksçular arasında dünya çempionatında bir həftə arxada qalıb. Azerisport.az xəbər verir ki, bu gün Boluan Şolak İdman Mərkəzinin arenasına 3 təmsilçimiz çıxacaq.
Günorta proqpamında Cavid Çələbiyev (56 kq)monqolustanlı həmkarı Tuqsqot Nayambayarla görüşəcək.
Axşam döyüşlərində nəhayət, Avropa çempionumuz Salman Əlizadə (49 kq) də mübərizəyə qoşulacaq. O, «A» rinqində bolqarıstanlı Georgi Andovla münasibətini aydınlaşdıracaq.
Elə bu rinqdə Sultan Migitinov (75 kq) növbəti cəhdini edəcək. Təcrübəli idmançımız qalib gəlmək üçün, soyuqqanlı olmalıdır. Çünki yerli publika həmyerliləri Canıbəy Alimxanulu dəstəkləyəcək.
