19 oktyabr 2013 22:56
Salman Əlizadə qələbə ilə başladı
Qazaxıstanın Almatı şəhərində keçirilən usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, axşam döyüşlərində 2 təmsilçimiz mübarizə aparıb.
Avropa çempionu Salman Əlizadə (49 kq) «A» rinqində bolqarıstanlı Georgi Andovu üstələyib. 1/16 final mərhələsində həmyerlimiz koreyalı İn Kyu Kimlə qarşılaşacaq.
Legioner boksçumuz Sultan Migitinov (75 kq) yerli idmançı Canıbəy Alimxanulu ilə görüşüb. Gərgin mübarizədə hakimlər qələbəni rəqibə veriblər.
Belədə, sıradan çıxan təmsilçilərimizin sayı 3-ə çatıb. Buna qədər Heybətulla Hacəliyev (64 kq) və Rauf Rəhimov (81 kq) mübarizəni dayandırmışdı.
