18 oktyabr 2013 16:53
Teymur Məmmədovdan parlaq başlanğıc
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, günorta proqpamında millimizdən rinqə Teymur Məmmədov (91 kq) çıxıb. Onun rəqibi nigeriyalı Efetobor Apoçi olub.
Qazax həmkarlarımızın icmalına görə, bu döyüş öncədən gözlənildiyi kimi gərgin keçib. Afrikalının fikizi göstəricilərinin yüksək olmasına baxmayaraq, rinqdə həmyerlimiz diqtə edib; rəqibə bir saniyə də nəfəs dərməyə imkan verməyib. Belədə, son 3 raundun yekununda hakimlər qələbəni idmançımıza veriblər.
Növbəti mərhələdə Teymur Məmmədovun opponenti hindistanlı Manprit Sinqh olacaq.
Axşam proqramında Elvin Məmişzadə (52 kq) «A» rinqində venesuelalı Eduard Salası sınağa çəkəcək. 64 kq-da çıxış edən Heybətulla Hacəliyev isə, «B» rinqində özbəkistanlı Səncərbəy Rəhmanovla münasibətini aydınlaşdıracaq.
