19 oktyabr 2013 00:23
Heybətulla Hacəliyev: Məni hakimlər uduzdurdu
“Mən şokdayam! Belə hakimlik olar”? Bunu azerisport.az-a açıqlamasında milli komandamızın aparıcı boksçusu Heybətulla Hacəliyev (64 kq) deyib.
Qazaxıstanın Almatı şəhərində təşkil olunan dünya çempionatında ötən gün özbəkistanlı həmkarı Səncərbəy Rəhmanova uduzan idmançı bildirib ki, o rinqdə güclü olduğu halda, referilər qələbəni rəqibə veriblər:
“İlk və 3-cü raundda üstün idim. Amma nəyə görə asiyalı boksçunun qalib elan olunduğunu anlamadım. Rəqibimi tanıyırdım. Ötən ilki dünya çempionatında onu 13 xal üstünlüyü ilə məğlub etmişdim”.
