18 oktyabr 2013 10:45
Bu gün DÇ-də 3 boksçumuz rinqə çıxacaq
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 5-ci yarış günündə rinqə 3 təmsilçimiz çıxacaq.
Püşkə əsasən, ilkin mərhələdən azad olan milli komandamızın aparıcı üzvü Teymur Məmmədov (91 kq) 1/16 finalda nigeriyalı həmkarı Efetobor Apoçi ilə döyüşəcək.
Axşam proqramında Elvin Məmişzadə (52 kq) «A» rinqində venesuelalı Eduard Salası sınağa çəkəcək. 64 kq-da çıxış edən Heybətulla Hacəliyev isə, «B» rinqində özbəkistanlı Səncərbəy Rəhmanovla münasibətini aydınlaşdıracaq.
