18 oktyabr 2013 21:20
Biri sevindirdi, biri üzdü
Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında bu gün axşam proqramında 2 boksçumuz mübarizə aparıb. Azerisport.az xəbər verir ki, milli komandamızın aparıcı üzvü Elvin Məmişzadə (52 kq) «A» rinqində venesuelalı Eduard Salasla görüşüb.
Titullu idmançımız 3-cü raundda rəqibini noqdauna salsa da, döyüş ümumən, onun üçün çətin keçib - 2:1 (29:27, 28:28+, 28+:28). Həmyerlimiz 1/8 finalda türkmənistanlı Zarip Jumayevlə qarşılaşacaq.
Təəssüf ki, 64 kq-da çıxış edən Heybətulla Hacəliyev «B» rinqində özbəkistanlı Səncərbəy Rəhmanova uduzub - 0:3 (27:30, 27:30, 27:30).
Dünyanın ən güclülərini yarışında Rauf Rəhimov da mübarizəni erkən dayandırıb. Digər 8 rinq ustamız isə hələ çıxışlarını davam etdirirlər.
