17 oktyabr 2013 12:20
DÇ-də qələbələrimiz artacaqmı?
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatında bu gün 4-cü günün döyüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, günorta proqramında Cavid Çələbiyev (56 kq) tacikistanlı Oraz Avzalhovla qarşılaşacaq.
Axşam təşkil olunacaq görüşlərdə London Yay Olimpiya Oyunlarının iştirakçısı Sultan Migitinov (75 kq) rinqə çıxacaq. O, yamaykalı Conatan Hansla münasibətini aydınlaşdıracaq.
Qeyd edək ki, buna qədər ilkin mərhələdə 4 boksçumuz mübarizə aparıb. Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq) qalib gəldiyi halda, Rauf Rəhimov (81 kq) mübarizəni erkən dayandırıb.
