17 oktyabr 2013 21:25
Migitinov yamaykalı boksçunu 2 dəfə noqdauna saldı
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatında 4-cü günün döyüşləri keçirilib. Azerisport.az xəbər verir ki, axşam proqramında Sultan Migitinov (75 kq) yamaykalı Conatan Hansonla qarşılaşıb.
Bu döyüş cəmi bir raund çəkib. İdmançımızın güclü zərbələri önündə aciz qalan rəqib 2 dəfə noqdauna duşub və sonradan döyüşü davam etdirə biməyib. 1/16 finalda təmsilçimizin oppenenti yerli boksçu Canıbəy Alimxanul olacaq.
Nəzərinizə çatdıraq ki, Sultan Migitinovdan savayı, Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq) da ilk mərhələni uğurla adlayıblar.
