16 oktyabr 2013 17:26
Dünya çempionatında 3-cü qələbə
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, günorta proqramında Pərviz Bağırov (69 kq) taypeyli Yu-Jen Vanqla görüşüb.
Bu matç vaxtından əvvəl xeyrimizə başa çatıb. 2-ci raunda noqdauna düşən rəqib, həmin vəziyyətdən özünə gəlməyib. 1/16 finalda təmsilçimiz moldovalı Vasili Belousla üz-üzə gələcək.
Axşam döyüşündə Rauf Rəhimov (81 kq) polşalı Mateuş Triklə münasibətləri aydınlaşdıracaq.
Dünən keçirilmiş qarşılaşmalarda həmyerlimiz Elvin İsayev (60 kq) və Heybətulla Hacəliyev (64 kq) rinqi qəbələ ilə tərk etmişdilər.
