15 oktyabr 2013 18:17
Dünya çempionatında uğurlu start
Dünən Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, Baluan Şolak İdman Sarayında keçirilən yarışda 111 ölkəndən 457 rinq ustası iştirak edir.
Milli komandamız mübarizəyə bu gün başlayıb. Bizdən rinqə ilk olaraq Elvin İsayev (60 kq) çıxıb. O, 1/32 finalda banqladeşli Məhəmməd Əminlə görüşüb. Üstün döyüş nümayiş etdirən təmsilçimiz, hər 3 hissədə qalib olub (30:24, 30:25, 30:23).
Axşam təşkil olunacaq qarşılaşmalarda daha bir boksçumuz mücadilə edəcək. 64 kq-da Heybətulla Hacıəliyev filippinli Denis Halvanla görüşəcək.
