14 oktyabr 2013 14:14
Ağası Məmmədov: Ən böyük ümid Teymurla Məhəmmədrəsuladı
Boks üzrə dünya çempionu Ağası Məmmədov azerisport.az saytına açıqlamasında Qazaxstanda start götürən dünya çempionatı barədə danışıb. Onun fikrincə Azərbaycan millisi 3-4 medal qazana bilər:
"Boksçularımıza ümidim böyükdü. Tez-tez internetdə püşklə maraqlanıram. Ən azı 3-4 medal qazanacağımıza inanıram. Heyətdə daha çox Teymur Məmmədovla Məhəmədrəsul Məcidova inanıram. Hər ikisi yetərincə təcrübəyə malikdi. Dünya çempionatında sözlərini deməlidilər. Digər boksçularda heç olmasa mükafatçılar sırasına düşməyə çalışmalıdı. Amma unutmayaq ki, çempionatda mübarizə dəbilqəsiz olacaq”.
