14 oktyabr 2013 21:05
Teymur Nigeriya boksçusu ilə qarşılaşacaq
Bu gün Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, Baluan Şolak İdman Sarayında keçirilən yarışda 111 ölkəndən 457 rinq ustası iştirak edir.
Püşkə əsasən, Azərbaycan boksçuları mübarizəyə sabah başlayacaqlar. Artıq London oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun (91 kq) rəqibi məlum olub. O, 1/16 finalda nigeriyalı Efetobor Apoçi ilə qarşılaşacaq.
Afrikalı idmançı ilk döyüşdə Türkiyə təmsilçisi Seyda Kəsəri məğlub edib - 2:1. Teymur Efetobor ilə oktyabrın 18-də qarşılaşacaq.
