13 oktyabr 2013 13:28

Sabah dünya çempionatı start götürür

Sabah Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, adıçəkilən mötəbər yarışda 116 ölkədən 576 idmançı iştirak edəcək.
 
Bu göstərici, 2011-ci ildə Bakıda keçirilmiş eyni sınaqda (113 dövlətdən 570 boksçu) qeydə alınmış rekordan da çoxdu. Çempionat 12 gün davam edəcək və Boluan Şolak İdman Mərkəzində təşkil olunacaq.
 
Planetin ən güclülərinin mübarizəsində ölkəmizi baş məşqçi Vladimir Zolotaryev və məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Pərviz Bağırov (69 kq), Sultan Migitinov (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.
 
Millimiz Almatıdakı ab-hava və iqlimə uyğunlanmaq üçün səfərə daha erkən çıxıb. Boksçularımız Qazaxıstanda yerli, Kuba və İrlandiya komandası ilə birgə təlim-məşq toplanışı keçib.
 
Məlumat üçün bildirək ki, həvəskarlar arasında ilk dünya çempionatına 1974-cü ildə Kuba ev sahibliyi edib. Həmin mübarizədə 45 ölkədən 274 idmançı qüvvəsinə sınayıb.
 
1991-ci ilə kimi yarış hər 4 ildən bir təşkil olunub. O vaxtdan etibarən mundial iki ildən bir keçirilməyə başlayıb. Dünya çempionatlarında ən çox - 6 dəfə qalib gəlmiş boksçu kubalı Feliks Savondu.
 
Nəzərinizə çatdıraq ki, sözügedən dünya çempionatında rinq ustaları dəbilqəsiz mübarizə aparacaqlar. Bu qayda ilk dəfə 1984-cü ildə təbiq olunmağa başlayb.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.