13 oktyabr 2013 12:16

“Məmnuniyyətlə Qəbələdə çıxış edərdim” (FOTO)

Xəbər verdiyimiz kimi ukraynalı peşəkar boksçular - Sergey Fedçenko (şəkildə solda) və Valentin Qolovko (şəkildə sağda) hazırda "Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədovla birlikdə Qəbələdə təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, ilk dəfə Azərbaycana səfər edən Ukrayna təmsilçiləri Azərbaycan və Qəbələ haqda təəsüratlarını klub saytına bölüşüblər. WBO versiyası üzrə Avropa çempionu Sergey Fedçenko və perspektivli boksçu Valentin Qolovko Azərbaycana və Qəbələyə heyran qaldıqlarını bildirdilər. Onlar ölkəmizə səfərlərinin məqsədini də saytımıza açıqlayıblar:
 
S.F.: "Düzün desəm, "Qəbələ" İdman Klubu haqda hər hansı bir məlumata malik deyildim. Qəbələyə gəldikdən sonra gördüklərim məni heyran etdi. Burada idman üçün hər cür şərait var. Təbiət də çox gözəldir, şəhər səliqəlidir. Futbol komandanız haqda da məlumat aldım. Artıq mən də sizin azarkeşinizəm. Komandanın oyunlarını Ukraynadan izləyəcəyəm. Dostlarıma da "Qəbələ" haqda məlumat vermişəm. Onlar da internetdən klub haqda məlumat alıblar. Hazırda Qəbələdə təlim-məşq toplanışındayıq. Fariz Məmmədovla birlikdə dekabra planlaşdırılan döyüşlərə hazırlaşırıq. Məni qarşıda 12 raundluq titul döyüşü gözləyir. İnanıram ki, Qəbələ hazırlığının bu döyüşdə mənə faydası dəyəcək".
 
V.Q.: "Bizi Qəbələdə çox gözəl qarşıladılar. Buralar çox xoşuma gəlir. İlk dəfədir ki, ölkə xaricində təlim-məşq toplanışında oluram. Bizə çox yaxşı şərait yaradılıb. Məşqlərimiz maraqlı keçir. Qarşıda bizi çətin döyüşlər gözləyir. Ukraynaya qayıtdıqdan sonra "Ukrayna Atamanları" boks komandası ilə müqavilə bağlamaq ehtimalım var".
 
"Nə vaxtsa "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil etmək istərdinizmi" sualına boksçuların cavabı müsbət oldu:
 
S.F.: "Az öncə söylədiyim kimi Qəbələdəki şərait xoşuma gəldi. Amma hazırda başqa kompaniya ilə müqaviləm var və onu poza pilmərəm. Müqavilə bitdikdən sonra niyə də yox?".
 
V.Q: Məmnuniyyətlə "Qəbələ"də çıxış edərdim. Hazırda sərbəst boksçuyam. Əgər təklif olarsa, bu barədə müzakirə aparmağa dəyər".

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.